Cəmiyyət

"Bu il 3-cü qrup üzrə subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır"

11 Sentyabr 2020 13:08
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il 3-cü qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır, amma bu ehtimal yenə də var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buna görə də subbakalavrlar ixtisas seçimi zamanı ya regional ali məktəbləri, ya da özəl ali məktəbləri seçməlidirlər.

M.Abbaszadə qeyd edib ki, bu il III qrupda 150-200 bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmaq şansı çox azdır.

Onun sözlərinə görə, 400-dən çox bal toplayanların dövlət sifarişli yerlərdə oxumaq şansı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.