Cəmiyyət

Erməni diversantın görüntülərini yayan hərbçilər ordudan xaric ediliblər - RƏSMİ

11 Sentyabr 2020 10:51
Baxış: 2 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni diversantın görüntülərini yayan hərbçilər xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, Sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan əsassız iddia yalandır, böhtan xarakteri daşıyır. Qeyd edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli mobil telefonlardan istifadənin qadağan edilməsi barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar.

Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumlarına göndərməklə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar.

Faktla bağlı aparılan ilkin araşdırmaların nəticələrinə əsasən günahkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.