Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20 dəqiqədə söndürülüb.
Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.
Milli.Az