Cəmiyyət

BNA deputatı böyük məbləğdə cərimələyib - "Hərəsi əlinə bir fotoaparat alıb, şəkil çəkib qaçırlar"

10 Sentyabr 2020 11:50
Baxış: 2 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri hərəsi alıb əlinə bir fotoaparatı maşını saxlayan kimi şəkilin çəkib qaçırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Quliyev bildirib ki, BNA əməkdaşları heç bir gəlib izah etmir ki, ay vətəndaş sən burada düzgün saxlamamısan: "Elə heç nə izah etməmiş gəlib maşının şəkilini çəkib qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi".

R.Quliyev bildirib ki, BNA cərimələrdən yığılan pulun hesabatın verməlidir: "Gündə 5 min adama 20 manatdan cərimə yazanda bu, xeyli sayda vəsait edir. Ancaq hesabat verilmir ki, bu qədər pul hara xərclənir, nəyə sərf olunur. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyindən bura bir nümayəndə dəvət edək, bir cavab versin görək bu pullar hara xərclənir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.