Cəmiyyət

Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır

9 Sentyabr 2020 08:07
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın Beynəlxalq İnkişaf Şirkətinin vitse-prezidenti Muneçika Tanio deyib.

O bildirib ki, yaponiyalı investorlar Azərbaycanda ötən ildən fəaliyyətə başlayıb: "İlkin investisiyalar məhz tütünçülük sahəsinə qoyulub. Bu sahəyə Yaponiya 40 milyon dollar vəsait yerləşdirməyi planlaşdırır".

M.Tanio əlavə edib ki, gələn ay ərzində Azərbaycana 100-dək yaponiyalı investorun səfəri gözlənilir: "Bu səfərlər çərçivəsində investorlar ölkənin müəyyən regionlarına səfər edəcək və investisiyalar üçün mənfəətli sektorlar barədə ətraflı məlumat əldə edəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.