Cəmiyyət

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Binəqədidə əməliyyat keçirir

4 Sentyabr 2020 13:18
Baxış: 2 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. Onun sözlərinə görə, əməliyyat bir az öncə həyata keçirilib:

"Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib.

Yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.