Cəmiyyət

Boşanmış ailələrdə uşaqla valideynin görüşməsi dayandırılıb

4 Sentyabr 2020 12:04
Baxış: 1 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVİD-19-la əlaqədar 2020-ci ilin mart ayından etibarən Azərbaycanda boşanmış ailələrdə valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudidyyətlər qoyulub.

Milli.Az Trend-a sitinadən bildirir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Rəis müavini qeyd edib ki, bu müddət ərzində valideynlərə videobağlantılar keçirilməsi təklif edilir: "Ölkədə yoluxma sayının azalması ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulub. Karantin dövründə valideynlərə şərait yaratmışdıq ki, övladları ilə virtual görüşsünlər. Hazırda əksər fəaliyyət sahələri bərpa olunduğundan, valideynlərin övladları ilə görüşünə icazə verilir. Bununla bağlı karantin dövründə verilmiş göstərişin ləğv edilməsi üçün müraciət etmişik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.