Cəmiyyət

Bakıda maşın və avadanlıqların istehsalı azalıb

2 Sentyabr 2020 23:55
Baxış: 1 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyun aylarında Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 155,6 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 53,8 faiz artıb.

Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 7,8 faiz , odsöndürənlərin istehsalı 70,7 faiz, fəvvarə armatur istehsalı 65,2 faiz, mancanaq dəzgahların istehsalı isə 50,3 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.