Cəmiyyət

Novxanıda dostları ilə yeyib-içən ata 5 yaşlı oğlunu "dənizdə" unutdu - Bu da o anlar - VİDEO - FOTO

30 Avqust 2020 23:25
Baxış: 14 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aparıcı Firəngiz (Fira) Cəlilova bu gün ailəsi ilə yollandığı Novxanı çimərliyində qorxunc hadisə ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, xanım aparıcı övladları ilə dənizin sahilində vaxt keçirdiyi zaman azyaşlı uşağın qorxu-həyacanla dənizin kənarı ilə qaçdığını görüb. 

Məlum olub ki, 5 yaşlı usaq atası və onun dostları ilə dənizə çimərliyə gəlib. Lakin, dostları ilə yeyib-içən ata övladını unudaraq çimməyə yollanıb. Atasından uzun zaman xəbər almayan azyaşlı qorxu içində nə edəcəyini bilməyib. Uşağı sakitləşdirən aparıcı Firanın məlumatına görə, bu olaydan 45 dəqiqə sonra ata "itən" övladının yanına gəlib.

Həmin kadrları təqdim edirik.

Məhəmməd Vaqif

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.