Cəmiyyət

Azərbaycan yunan sortu ilə yerli pambığın hibridləşdirilməsinə başlayıb

28 Avqust 2020 08:19
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda yeni Yunanıstan sortu olan pambığın yerli sortla hibridləşdirilməsinə başlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bitki Mühafizə İnstitutunun direktoru Elçin Xəlilov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı institut yunan layihəsi həyata keçirir: "Bu layihə çərçivəsində hibridləşmə aparmışıq. Tərtərdə bunun üçün sahə ayrılıb. Hazırda bu istiqamətdə tədqiqat işləri aparılır. Layihə çərçivəsində yunan, türk və Azərbaycan sortları olan pambıqlardan istifadə edilir. Bu layihədə hibridləşdirilən sortlar Amerika mənşəli yunan sortlarıdır. Amma araşdırmalar göstərir ki, yerli sortlar yunan və türk sortlarından da yüksək keyfiyyətlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.