Cəmiyyət

Ədliyyə Nazirliyi: Əmlak etibarnaməsi mülkiyyət hüququ vermir

21 Avqust 2020 15:01
Baxış: 1 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir: "Bu hüquq mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır. Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və s. müqavilələr bağlanmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.