Cəmiyyət

Bakı polisi kafe və restoranlarda yoxlama aparır - FOTO

20 Avqust 2020 12:23
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin təmin olunması üçün rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə polis əməkdaşları ictimai iaşə obyektlərində, qapalı məkanlarda nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə keçirilən monitorinq və yoxlamalarda sanitariya-gigiyena və karantin qaydalarının tələbləri ilə bağlı məlumatlar verilir.

Keçirilən yoxlamalarda açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin obyektlərdə təmizlik və dezinfeksiya işlərinin vəziyyəti öyrənilir, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.