Cəmiyyət

Təhsil nazirindən YENİ TƏYİNATLAR - FOTO

17 Avqust 2020 20:40
Baxış: 5 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyində yeni kadr təyinatları olub.

Milli.Az bildirir ki, Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri, Nərminə Hüseynova isə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Simuzər Feyzullayeva 2008-ci ildə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində Hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub.  S.Feyzullayeva 2011-2018-ci illərdə "Baker&Mckenzi" beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə "KPMG" beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Nərminə Hüseynova Təhsilin inkişafı proqramları şöbəsində müdir müavini olaraq işləyirdi.

N.Hüseynova 2009-cu ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2011-ci ildə Nottinqem Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.