Aktauda qəzaya düşən təyyarəmizə bu üç abidədən biri ucaldılacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə yeni abidə ucaldılacaq.
Milli.Az xəbər verir ki, bu barədə təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli "qafqazinfo"ya bildirib.
"Bizə ölkəmizin Qazaxıstandakı səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksinin açılışı təxminən hadisənin ildönümü ərəfəsinə düşəcək", - o qeyd edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
XƏBƏR LENTİ
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...





