Cəmiyyət

Hacıqabulda meyvə bağında çətənə kolları yetişdirən şəxs saxlanılıb - FOTO

8 Avqust 2020 08:33
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabul Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax magistralının yaxınlığında yerləşən meyvə bağında narkotik tərkibli çətənə kolları yetişdirən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Hacıqabul şəhər sakini, 1960-cı il təvəllüdlü Salmanov Əli Ağakişi oğluna məxsus M.Əsədov küçəsində yerləşən bağ sahəsində aqrotexniki qaydada qulluq edilmiş 88 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Adıçəkilən şəxs çətənə kollarını müxtəlif növ sıx meyvə ağaclarının araında əkməklə onlara aqrotexniki qaydada qulluq göstərib. Keçirilən əməliyyatın davamı olaraq həmin şəxsə məxsus Xəqani küçəsi ev 34-də axtarış zamanı orada yerləşən yarımtikilidən xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ə.Salmanov barəsində narkotik vasitələrin saxlanması, istehsalı və satışı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.