Cəmiyyət

Gəncədə iki nəfər dərmandan zəhərlənib, birinin vəziyyəti orta-ağırdır

8 Avqust 2020 08:23
Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində baş verib.

1969-cu il təvəllüdlü Hüseynova Flora Davud qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lazımi tibbi yardım göstərilən qadının vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, F.Hüseynova dərmandan zəhərlənib. Zəhərlənmənin başvermə səbəbi məlum deyil.

Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən digər şəxs 1955-ci il təvəllüdlü Hüseynov Arif İlyas oğlu olub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.