Cəmiyyət

Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib - FOTO

3 Avqust 2020 19:20
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən reyd zamanı şəhərdaxili marşrut avtobusları yoxlanış məqsədilə polis əməkdaşları tərəfindən saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.

Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən bəzi satıcı və müştərilər aşkar olunub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.