Cəmiyyət

"Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər"

3 Avqust 2020 18:57
Baxış: 3 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirusun yayılmasına səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: "Lakin nəzərə almaq lazımdır ki, toy mərasimləri zamanı 100-200 və daha çox insanların qapalı məkanda bir araya gəlməsi və yaxın təmasda olması virusun yayaılmasına səbəb ola bilər. Digər ölkələrdə yumşalmalardan sonra virusun yenidən alovlanması baş verir. Ona görə də biz təmkinli olmalı və əldə olunmuş naliyyətləri davam etdirilməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.