Cəmiyyət

Operativ Qərargahdan metro və “mall”larla bağlı açıqlama

3 Avqust 2020 18:06
Baxış: 7 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur: "Ekspertlərin rəyinə görə, metronun ventilasiya sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması, hələ ki, məqsədəuyğun hesab edilmir".

Dövlət rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.

H.Hacıyev əlavə edib ki, "mall"ların və ticarət mərkəzlərinin də açılması virusun yayılmasına səbəb ola bilər: ""Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insanlar toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.