Cəmiyyət

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Tovuz istiqamətində heç bir hücum həyata keçirməyib

22 İyul 2020 06:02
Baxış: 2 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin bu açıqlamasını uydurma və dezinformasiya adlandırdı.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.

Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.