Cəmiyyət

2020-ci il 6 ayın iqtisadi göstəriciləri necədir? - "Hədəf"də iqtisadi vəziyyət təhlil edilib - VİDEO

20 İyul 2020 23:05
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında 2020-ci il 6 ayın iqtisadi göstəriciləri, Azərbaycanın son 6 ayda nəqliyyat təhlükəsizliyini müvəffəqiyyətlə təmin etməsi məsələləri təhlil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, proqramın qonağı olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizin səmərəli iqtisadi siyasət həyata keçirdiyini bildirib. Komitə sədri deyib ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan iqtisadiyyatında itkilər olsa da, dövlət sosial proqramları həyata keçirib, heç bir sahədə axsama olmaması üçün addımlar atıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlarını davam etdirir. T.Mirkişili bundan sonra görüləcək tədbirlər haqqında da ətraflı məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.