Cəmiyyət

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib - FOTO

19 İyul 2020 22:44
Baxış: 2 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.