Cəmiyyət

Karantin zamanı çimərliklərdən istifadə məsələsinə baxılacaq - VİDEO

17 İyul 2020 23:15
Baxış: 3 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin "Hədəf" verilişində danışıb:

"Üzümüzə gələn müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Burada Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olacaq. Onlar çimərliklərdə monitorinqlər aparacaqlar.

Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı - bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Amma ən azından bunu düşünmək istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.