Cəmiyyət

İrəvan ağ bayraq qaldırdı - "Sülh istəyirik"

17 İyul 2020 19:33
Baxış: 3 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndi Azərbaycan Ermənistanla danışıqlardan imtina edirsə, bu ölkənin Qarabağ münaqişəsi ilə bağlı kiminlə danışacağı məlum deyil".

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

"Ermənistan problemin sülh yolu ilə həll olunması mövqeyindən çıxış edir", - Naqdalyan bildirib.

Əlavə edək ki, Ermənistan ordusunun son günlər Azərbaycana qarşı əl atdığı təxribatlar bu ölkədə narahatlıq yaradıb. Dəfələrlə rəsmi Bakının sülh çağırışlarına məhəl qoymayan İrəvanın sərhədboyu ərazilərdəki sonuncu təxribatçı fəaliyyətləri erməni ordusuna baha başa gəlir.

Ermənistanın qeyri-rəsmi mənbələri işğalçı ordunun yüzlərlə canlı qüvvəsinin və çox sayda hərbi texnikasını itirdiyini gizlətmirlər. İndi də görünən budur ki, öz müttəfiqlərinin dəstəyindən məhrum olan işğalçı tərəf çətin durumda qaldığı üçün yenidən "sülh danışıqları"na qayıtmağı məqbul saymağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.