Cəmiyyət

Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı

13 İyul 2020 12:03
Baxış: 8 130

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə 2 polis əməkdaşının yaralandığını açıqlayıb.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Facebook"da bildirib.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.