Cəmiyyət

"Bu, məni çox qorxudur"

8 İyul 2020 16:03
3 Şərh     Baxış: 2 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Leyla Quliyeva "1 AzTV" proqramına qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aparıcı Mehin Hümbətovanın suallarını cavablandırıb.

Aparıcı robotlarla bağlı suala isə "Robotların geniş vüsət alması məni qorxudur. Ropod, 3D animasiya aparıcıları.. Onların inkişafı real insanın varlığına təsir edir" cavabını verib.

L.Quliyeva dünyaca məşhur "Jeopardy!" şousunun Azərbaycan versiyası "61"in aparıcısı olmasından söz açıb. O, bütün dünyada proqramı kişilərin apardığı halda, tək Azərbaycanda xanımın seçilməsindən danışıb:

"Lisenziyalı bir layihə idi. Orada aparıcıya qoyulan meyarlar var idi: yeri gələndə sərt, yeri gələndə mülayim olmalı idin. Demirəm ki, məndə bütün meyarlar var. Səbəbi bilmədim, sadəcə seçim turlarından sonra deyildi ki, uyğunam.

İntelektual veriliş aparmağı həmkarlarıma təklif  edirəm. Əgər sizə deyilirsə, etiraz etməyin. Özümüz də öyrənirik. Biliklərimizi təzələyir, zənginləşirik".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.