Cəmiyyət

Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü - RƏSMİ

5 İyul 2020 16:50
Baxış: 1 718
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AMEA Dilçilik İnstitutu koronavirusa yoluxan və buna görə hazırda ev şəraitində müalicə edilən professor İdris Abbasovla bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.