Cəmiyyət

Coğrafiya İnstitutu: Azərbaycanda sellərin əmələ gəlmə ehtimalı böyükdür

29 İyun 2020 09:19
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərazimizin 60 faizi məhz dağlıq olduğu üçün Azərbaycanda sellərin əmələ gəlmə ehtimalı böyükdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov deyib.

İqlimşünas alim selin proqnozlaşdırıla bilməyən təbiət hadisələri sırasında olduğunu diqqətə çatdırıb.

O bildirib ki, sel gur yağan yağışlardan sonra, eləcə də Iqlimin istiləşməsi ilə əlaqədar dağlıq ərazilərdə qarların sürətlə əriməsi nəticəsində baş verir. Ərazimizin 60 faizi məhz dağlıq olduğu üçün Azərbaycanda sellərin əmələ gəlmə ehtimalı böyükdür. Əsasən yazın axırı, yayın əvvəlləri və yayın sonu, payızın əvvəllərində baş verən sel hadisəsi Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında, Böyük Qafqazın şimal-şərq yamacında, daha çox Kişçay, Şinçay, Tikanlıçay, Dəmiraparançay, Vəlvələçay, Qudyalçay, Ordubadçay, Gilançay kimi çaylarda baş verir. Meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi sellərin daha tez-tez yaranmasına gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.