Cəmiyyət

Xəttin yerini dəyişmək istədi, 1200 nəfəri qazsız qoydu - FOTO

28 İyun 2020 17:06
Baxış: 1 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində vətəndaş Sumqayıt qaz istismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib.

"Azəriqaz"dan Milli.Az-a daxil olan məlumata görə, o, qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb. Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb.

"Qeyd edək ki, vətəndaş mövcud  qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir", - deyə məlumatda bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.