Cəmiyyət

Maskanı taxdığımız zaman yaranan problemlər COVİD-19 qədər təhlükəli deyil - professor

18 İyun 2020 21:20
Baxış: 1 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırkı pandemiya dövründə insanların tibbi maskadan istifadə etməsi olduqca vacibdir.

Milli.Az bildirir ki, bunu Trend-ə tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, əgər maska taxan sağlam insanın yanında maska taxmayan koronavirus xəstəsi varsa, bu zaman həmin sağlam şəxs 5 faiz göstərici ilə özünü qoruya bilər. Hər iki insanda maska olduqda isə sağlam insanın virusdan özünü qoruma göstəricisi 90 faizə yüksəlir:

"Uzun zaman istifadə edilən maskanın çox zərərli, təhlükəli olması barədə məlumat yayılır. Deyilir ki, uzun müddət istifadə edilən maska insana bakteriya ötürür və s. Əlbəttə ki, maska taxmaq insanda nəfəs alma ilə bağlı problemlər yarada bilər. Amma unutmayaq ki, maskanı taxdığımız zaman ortaya çıxan problemlər COVİD-19 qədər təhlükəli deyil. Həmin bakteriyalardan ölüm olmaz, amma COVID 19-dan ölüm baş verər. Ona görə də qapalı yerlərdə mütləq maskadan istifadə edilməlidir. Amma yolun kənarı ilə gedirsinizsə və ətrafda insan yoxdursa, o zaman siz maska istifadə etməyə də bilərsiniz".

Həkim qeyd edib ki, əslində, insanlar tibbi maskadan düzgün şəkildə istifadə etsəydilər, sərt karantin tədbirlərinin tətbiq olunmasına ehtiyac qalmazdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.