Cəmiyyət

Müəllimlərlə bağlı Bu SƏLAHİYYƏT yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məxsusdur

16 İyun 2020 22:41
Baxış: 1 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yalnız paytaxtda ibtidai sinif müəllimlərinin müddətli əsaslarla işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, Bakı şəhərində digər fənnlər üzrə, respublikanın paytaxt istisna olmaqla qalan ərazilərində isə bütün fənlər üzrə müəllimlərin müddətli əsaslarla işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

"Yerli təhsil idarəetmə orqanları müddətli əsaslarla kimisə işə qəbul edə bilməzlər. Lakin əvəzçilik qaydası ilə işə qəbul edə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.