Cəmiyyət

Çayda batan gəncin meyiti tapılıb

15 İyun 2020 21:30
0 Şərh     Baxış: 1 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:30

Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

--------

20:35

Lənkərançay çayında 1 nəfər boğulub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilir ki, FHN-in "112" qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.