Cəmiyyət

Sükuta qərq olmuş Bakı - FOTO

15 İyun 2020 10:20
Baxış: 1 681
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

Bu şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda, yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.

Paytaxt Bakının daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda sükuta qərq olub. Milli.Az AZƏRTAC-a istinadən sərt karantin rejiminin tətbiq olunduğu Bakı şəhərinin görüntülərini təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.