Cəmiyyət

“Tarqovı” bu gün - FOTO

14 İyun 2020 15:36
Baxış: 2 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecədən etibarən Bakıda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, adi günlərdə əhalinin sıxlığı ilə seçilən "Tarqovı" adlanan ərazisi - Nizami küçəsində sərt karantin rejimində fəaliyyət tamamilə dayanıb. Ərazidə xidmət aparan polis nəfərlərini görmək mümkündür. Polis əməkdaşları ərazidən keçən şəxsi saxlayaraq icazəsi olub-olmadığını yoxlayıb.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi sərtləşdirilib, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.