Cəmiyyət

Sərt karantin rejimində olan Lənkərandan FOTOlar

14 İyun 2020 16:35
Baxış: 2 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecədən etibarən Lənkəran şəhərində də əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Lənkəran şəhərində polis əməkdaşları sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi nəzarət edir. Sərt karantin rejimi 16 iyun 06:00-dək davam edəcək. Tələbləri pozaraq evdən çıxan şəxslər cərimə və yaxud həbs oluna bilər.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi sərtləşdirilib, Lənkəranla bərabər Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory