Cəmiyyət

Bakı polisi: Dəfndə iştirak üçün şəxsi avtomobillərdən istifadə edilə bilər

14 İyun 2020 11:36
0 Şərh     Baxış: 2 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım  avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.