Cəmiyyət

Sərt karantinə görə reydlər başladı - Saxlanılan da var - VİDEO

14 İyun 2020 01:19
Baxış: 5 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərt karantin rejimi qüvvəyə mindiyindən evdən çıxmağın qadağan olunduğu ərazilərdə Daxili İşlər Nazirliyinin əməkdaşları reydlər həyata keçirməyə başlayıb.

Artıq sərt karantin rejiminin tələblərini pozduğuna görə saxlanılan da var. Belə ki, Bakı şəhər Nizami rayon ərazisində sərt karantin rejiminin tələblərini pozaraq evdən çıxan şəxs həmin ərazidə xidmət aparan polis nəfərləri tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.