Cəmiyyət

Vəziyyət nəzarətdən çıxa bilər

13 İyun 2020 19:31
Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzi insanlar xəstəliyi gizlədərək, öz evlərində müalicə alırlar"

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O qeyd edib ki, bu hallar yoluxmanın qarşısının alınması istiqamətində görülən tədbirlərin nəticələrinə də təsir edir:

"İnsanlardan xahiş edirik ki, koronavirusa yoluxmalarını gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Lakin qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə arzuolunan hal deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.