Cəmiyyət

Nazir müavini: "Taxıl biçiləndən sonra zəmilərin yandırılmasının heç bir elmi əsası yoxdur"

10 İyun 2020 13:06
0 Şərh     Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taxıl biçiləndən sonra zəmilərin yandırılmasının heç bir elmi əsası yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, yanma nəticəsində torpaq qatında illərlə formalaşan, bitkilər üçün "qida anbarı" sayılan çürüntü qatına zərər dəyir:

"Fermer növbəti il üçün həmin anbarını şüurlu və ya şüursuz şəkildə yandırmış olur. Bununla da gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur".

Azərbaycanın dünyada az meşəli ölkələrdən biri olduğunu deyən F.Əliyev qeyd edib ki, ölkə ərazilərinin 11,8 faizi yaşıllıqla örtülüdür. Həmin ərazilərin 85 faizi dağlıqdır:

"Nəzərə almaq lazımdır ki, yanğının fəsadları dağlıq ərazilərə gedib çatdıqda texnikanın orada işləməsi mümkün olmur. Azərbaycan meşələrində 435 növ ağac və kol bitkisi növü var. 70 növ isə yalnız Azərbaycan florasında mövcuddur. Bu cür qiymətli sərvətin hansısa məsuliyyətsiz insanın törətdiyi nəticəsində məhv edilməsi hər bir Azərbaycan vətəndaşını narahat etməlidir. Biz bütün vətəndaşlara müraciət edirik ki, bu işə hamı tərəfindən nəzarət edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.