Cəmiyyət

Ekspert: "Həkim və polislərimizin bizim üçün göstərdikləri fədakarlıqlar danılmazdır"

9 İyun 2020 13:45
Baxış: 1 054
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

COVİD-19 pandemiyası dövründə həkimlərimizin və polislərimizin bizim üçün göstərdikləri fədakarlıqlar danılmazdır.

Milli.Az bildirir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, günlərlə evlərindən kənarda qalan həkim və polislərimiz fədakarlıq göstərərək Azərbaycan vətəndaşlarının sağlamlıqlarının və təhlükəsizliyinin keşiyində durur. Hər bir Azərbaycan vətəndaşı da qanunlara riayət etməklə onlara dəstək göstərdiyini nümayiş etdirməlidir:

"Ölkəmizdə COVİD-19-a yoluxanların sayı son günlərdə artmağa başlayıb. Azərbaycan dövləti tərəfindən görülən profilaktik tədbirlər bu virusun geniş yayılmasının qarşısını alsa da, insanların bu məsələyə laqeyd yanaşması mübarizə işini çətinləşdirir. Hər bir vətəndaş fərdi profilaktik qaydalara əməl etməklə yanaşı dövlətin apardığı siyasətə dəstək olmalı və qanunlara əməl etməlidirlər".

İnsanları qaydalara əməl etməyə çağıran Y.Abdiyeva əhaliyə yalnız rəsmi mənbələrin məlumatlarına inanmağı da tövsiyə edib:

"İnsanlar sosial şəbəkə və saytlarda yayılan səhv informasiyalara inanmamalıdır. Biz buna əngəl olmalıyıq. Çünki yanlış informasiyalar yanlış proseslərin yaranmasına gətirib çıxarır. Ərazilərimizin 20 faizinin düşmən tapdağı altında olduğu, üstəlik pandemiyanın genişləndiyi zamanda biz daha da bir olmalı və dövlətimizin siyasətinə dəstək verməliyik. Çünki biz yalnız birlikdə güclü ola və bunun sayəsində də virusa qalib gələ bilərik".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.