Cəmiyyət

Ramin Bayramlı: "Həftənin son iki günündə karantin qaydalarının tətbiqi..."

8 İyun 2020 21:30
Baxış: 11 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVİD-19 virusunun inkubasiya dövrü 7-10 gündür:

"Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd də o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq".

R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərdə də tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.