Cəmiyyət

Koronavirusun müalicəsində əsas TÖVSİYƏLƏR

30 May 2020 18:42
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Elmlər Akademiyasının professoru Kirill Zıkov koronavirusun müalicəsi üçün əsas tövsiyələri açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu barədə "Parlament qəzeti"nə müsahibə verib.

Mütəxəssisin fikrincə, mərhələlərin heç birində özünümüalicə olmamalıdır. "Koronavirus yoxdur" və "hamı xəstələnəcək, kim sağ qalsa, qalacaq" kimi düşüncələr isə yanlışdır.

K.Zıkov əlavə edib ki, həkim resepti olmadan dərman qəbul edilməməlidir. Dərmanların müstəqil seçilməsi yan təsirlərə görə, xəstəyə zərər verə bilər.

Mütəxəssis bir sıra araşdırmalarda göstərilən effektivliyə baxmayaraq, bunun malyariya əleyhinə dərmanlara da aid olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası üçün ibuprofen preparatının qəbulunun mümkün təhlükələri barədə xəbərdarlıq edib və onun parasetamol ilə əvəz edilməsini məsləhət görüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.