Cəmiyyət

Toy mərasimlərinin keçirilməsi... - RƏSMİ AÇIQLAMA

29 May 2020 19:11
Baxış: 14 796

Sərbəstlik artdıqca koronavirusa yoluxanların sayı artır. Buna görə də toy mərasimlərinin keçirilməsinə başlamaq hələlik mümkün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxmaların sayı artmasaydı, toylar mərasimlərinə icazə verilə bilərdi: "Amma bu gün 230 yoluxma qeydə alınıb. Buna görə də toylara icazə verilməsi riskdir. Əgər yoluxma sayı azalarsa, bu məsələyə baxıla bilər".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.