Dünya

İsrail Suriyadakı tankları vurub

14 İyul 2025 23:00
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusu Suriyada bir neçə tankı vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, əl-Məzrəə və Sami bölgələri arasında aşkarlanan tanklar Suriyanın cənubunda yerləşən əs-Suveydəyə yaxınlaşmaq üçün hərəkət ediblər.

İsrail ordusu hərbi texnikaların Suriyanın cənubunda yerini möhkəmləndirməsinə icazə verilməyəcəyini bəyan edərək, tankları məhv edib.

Suriya Daxili İşlər Nazirliyi isə Suveyda bölgəsinə hərbi texnika göndərdiyini təsdiq edərək, burada məqsədin xaosun qarşısını almaq, asayişi təmin etmək olduğunu bəyan edib və bunu milli vəzifə adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.