Avto

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

14 İyul 2025 19:36
Baxış: 680
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.

Milli.Az Xəzər TV-yə istinadla xəbər verir ki, avtomobil ustası Vüsal Mehdiyevin sözlərinə görə, yürüşün çox olması maşının çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.

Ustanın sözlərinə görə, bu problemi öncədən bilmək və ortaya çıxarmaq çox çətin məsələdir. Yalnız avtomobil ölkəyə gətirildikdən sonra yaxşı mütəxəssis tərəfindən texniki baxışdan keçdikdən sonra bilmək mümkündür.

Qeyd edək ki, avtomobilin kilometrajını geri çəkən şəxslər istehlakçıları aldatma maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda, həmin şəxs və yaxud şəxslərə 3 min manatdan 5 min manatadək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə 5-7 min manatadək cərimə və ya 6 aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.