Cəmiyyət

Azərbaycanda harada maşın saxlamaq olmaz?

13 Dekabr 2011 15:15
Baxış: 8 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalının məlumatına görə, o, Day.Az saytına ünvanladığı məktubda bəzi taksi sürücülərinin maşını düz piyada keçidlərinin üzərində saxladığını, bunun yol polisi əməkdaşlarının gözləri qarşısında baş verdiyini bildirir və bu məsələnin gündəmə gətirilməsini istəyir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə məktubu yazmış oxucu ilə razılaşmır. "Taksi sürücülərinin avtomobillərin düzgün saxlanılmaması və digər qayda pozuntuları ilə bağlı dərhal protokol tərtib olunur. Bu ilin 11 ayında Bakıda 1000-dən artıq taksi sürücüsü inzibati məsuliyyətə cəlb olunub, onların 30-dan çoxu müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub. Qanun hamı üçün birdir", - deyə V.Əsədov bildirib.

Konkret olaraq maşınların piyada keçidlərinin üzərində saxlanmasına gəlincə, V.Əsədov bildirib ki, avtomobilin nəinki keçidin üzərində, onun 5 metrədək yaxınlığında saxlanılması qadağandır: "Dəmir yol keçidlərində, tunellərdə, estakadalarda, körpülərdə (bu istiqamətdə hərəkət zolağı 3-dən azdırsa), körpünün altında saxlanılması qadağandır. Avtobus dayanacaqlarına 15 metrədək məsafədə, səkilərdə, digər sürücülərin işıqforları, yol nişanlarını görməsini məhdudlaşdıran yerlərdə və s. də maşın saxlamaq olmaz".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.