Cəmiyyət

Masallıda iki yük avtomobili toqquşub, ölə var

14 May 2020 23:52
0 Şərh     Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı rayonunun Çaxırlı kəndi ərazisində "KamAZ" və "QAZ" markalı iki yük avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, nəticədə "QAZ" markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.