Cəmiyyət

Bakıda əks yola çıxıb, sonra da digər sürücüyə hücum edən şəxs həbs edilib

14 May 2020 08:33
0 Şərh     Baxış: 2 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü - 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.