Cəmiyyət

“Xəzər TV”də daha bir veriliş dayandırıldı - FOTO

12 May 2020 09:14
0 Şərh     Baxış: 10 921
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəzər Televiziyasında Kamal Dənizin "Çöl adamı" verilişinin yayımı dayandırılıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:

"Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər".

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

"Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.