Cəmiyyət

13 yaşlı qızı maşın vurdu

8 May 2020 23:34
0 Şərh     Baxış: 2 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada 13 yaşlı qızı avtomobil vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun  Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Məftun Murtuz oğlu Cabbarov idarə etdiyi "VAZ 2103" markalı minik avtomobili ilə Zaqatala şəhərindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən  piyada, Zaqatala şəhər sakini, 2007-ci il təvəllüdlü Həlimə Şaban qızı Şabanovanı vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı H.Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.